Daun sindromlu gənclər DOST Mərkəzində vətəndaşlara xidmət göstəriblər


19:40     11 Avqust 2019 19_08_11_1565538018.jpg

Bir qrup daun sindromlu gənc "Könüllü DOST" proqramında iştirak edib.

Femida.az xəbər verir ki, Bakının Nizami rayonunda yerləşən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzindən dəvət olunan gənclər bir günlük "Könüllü DOST" komandasına qoşulublar.

İlkin olaraq könüllülər daun sindromlu gənclərə vətəndaşların qarşılanması, onlara növbə verilməsi, xidmət pəncərəsinə yönləndirilməsi, müxtəlif ərizələrin yazılması və məmnuniyyət sorğularının keçirilməsi ilə bağlı baza bacarıqları öyrədiblər. Bundan sonra daun sindromlu gənclər müstəqil olaraq özləri vətəndaşlara müəyyən sahələrdə xidmət göstəriblər.

Reabilitasiya Mərkəzinin mütəxəssisləri və gənclərin valideynləri təşəbbüsü alqışlayaraq bu cür tədbirlərin tez-tez keçirilməsinin daun sindromlu gənclər üçün cəmiyyətə inteqrasiya baxımından çox vacib olduğunu qeyd ediblər.

Sonda Mərkəzin könüllüləri tərəfindən hazırlanan hədiyyələr qonaqlara təqdim olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 396