Qaxda 16 yaşlı qız bıçaqlanıb


21:14     11 Avqust 2019 bicaq.jpg

Qax rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu gün axşam saatlarında rayonun Zəyəm kənd sakini, 2003-cü il təvəllüdlü Aysun Mahir qızı Muradlı qarın boşluğunda iki bıçaq yarası xəsarəti ilə Qax rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssisəsindən verilən məlumatda bildirilir ki, A.Muradlı xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilib, hazırda müayinə olunur.

Faktla bağlı araşdırma aparılır. / APA

Femida.az

Açar sözlər:

Oxunub: 553