Şəmkirdə iki avtomobil toqquşub


09:38     12 Avqust 2019 1433768673_bakida-sernishin-avtobusu-yuk-mashini-ile-toqqushub.jpg


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şəmkir rayonunun Çinarlı kəndində "VAZ" markalı iki minik avtomobili toqquşub.

Nazirlikdən Femida.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Femida.az

Açar sözlər:

Oxunub: 270