Ermənilər atəşkəsi 19 dəfə pozub - Cəbhədə TƏXRİBAT
10:25 12 Avqust 2019
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub.
Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən Femida.az - a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 353
Oxşar xəbərlər
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Ermənilər dünən Qarabağda nə qədər itki verib? - Yeni rəqəmlər
- Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
- Ermənilər Ağdamda “Bakcell"in əməkdaşına atəş açaraq yaralayıb, cinayət işi başlanılıb
- Ermənilərin dünən atıb qaçdığı silah-sursatın GÖRÜNTÜLƏRİ
- Ermənilər dövlət sərhədinin Laçın istiqamətində növbəti təxribata cəhd göstərib
- Ermənilərin basdırdıqları minaya öz vətəndaşları düşüb
- Ermənilərin Bərdəyə “Toçka-U” atmasından bir ötür
- Ermənilər Kəlbəcəri atəşə tutub
- Ermənilər Laçın, Şuşa və Xocalı istiqamətində atəşkəsi pozub