Aprel şəhidinin doğum günüdür: Xanımı onu belə təbrik etdi


10:30     12 Avqust 2019 2019/08/D3807FE9-7E2F-45FC-B95B-187FFEC777EA_1565592641.jpeg

Bu gün aprel döyüşlərində şəhid olan pilot, mayor Təbriz Musazadənin doğum günüdür.



Femida.az xəbər verir ki, Şəhidin həyat yoldaşı Pərişan Musazadə onu bu sözlərlə təbrik edib.

"Yoxluğuna hər zaman təəssüf edəcəyim insan. Qayğıkeş ata və uşaqlığımın dostu... Sən həyata çox yaraşırdın. Doğum günün mübarək, böyük insan! Doğum günün mübarək, dostum!"

Qeyd edək ki, Təbriz Musazadə 1981-ci ilin 12 avqustunda Gürcüstan Respublikasının Dmanisi (Başkeçid) rayonunda anadan olub. 1999-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi, 2003-cü ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini, 2004-cü ildə uçuş texniki hazırlığın təlim mərkəzinin bitirib. 2011-ci ildə Türkiyə Respublikasında Uçuş Təhlükəsizliyi kursunu bitirib.



24 iyun 2004-cü ildən etibarən Hərbi Hava Qüvvələrində xidmət edib. 2 aprel 2016-cı ildə isə Ermənistan-Azərbaycan qoşunlarının cəbhə xəttində gedən döyüşlərdə iştirak edib. Xidmət müddəti ərzində Azərbaycan Prezidenti adından və Azərbaycan Müdafiə nazirinin əmri ilə 4 döyüş medalı ilə təltif edilib. Mayor rütbəsinədək yüksələn hərbçi aprelin 2-də qəhrəmancasına şəhid olub.



Femida.az

Açar sözlər:

Oxunub: 1607