Lənkəranda maşın ağaca çırpılıb, ölən və yaralı var


11:45     12 Avqust 2019 qeza_yeni.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran şəhərində “Toyota” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılıması və köməyə ehtiyacın olması barədə məlumat daxil olub.

Nazirlikdən Femida.az -a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini və müxtəlif xəsarətlər alan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 405