Qaxda bir ailədən 3 nəfər avtoqəzada ölüb
12:58 12 Avqust 2019
Qaxda üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, avqustun 10-da saat 23.00 radələrində Qax şəhəri ərazisində rayon sakini Akif Ağayevin idarə etdiyi “VAZ-21099” və Zaqatala rayon sakini Ç.Kərimzadənin idarə etdiyi “Ford Edge” markalı avtomobillər toqquşub.
Nəticədə A.Ağayev və sərnişinlərindən arvadı Leyla, bacısı oğlu Tural Nəzərov hadisə yerində ölüblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Femida.az
Oxunub: 450
Oxşar xəbərlər
- Qaxda 2 avtomobil toqquşub, xəsarət alanlar var
- Qaxda evdən 11 min manatlıq qızıl oğurlayan qardaşlar saxlanılıb
- Qaxda 68 yaşlı kişi at arabasından yıxılaraq ölüb
- Qaxda iş yoldaşının motosikletini oğurlayan şəxs saxlanılıb
- Qaxda qaydaları pozan 16 sürücü cərimələnib
- Qaxda axtarışda olan narkotacir tutulub
- Qaxda itkin düşən 57 yaşlı kişinin meyiti tapılıb
- Qaxda keçmiş polis əməkdaşı dəm qazından zəhərlənərək ölüb
- Qaxda cüyür ovlayan şəxs saxlanılıb
- Qaxda avtomobillər toqquşub, ölən var