Prezidentlərin Soçi görüşü təxirə salındı


17:02     12 Avqust 2019 19_08_12_1565615049.jpg

Azərbaycan, Rusiya və İran prezidentlərinin Soçi görüşü təxirə salınıb.

Femida.az “RİA Novosti”yə isitnadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, prezidentlərin yüksək səviyyəli görüşü texniki səbəblərdən təxirə salınıb:

“Rusiya, Azərbaycan və İran prezidentlərinin bu həftəyə planlaşdırılan görüşü texniki səbəblərdən sonrakı müddətə təxirə salınır”.

Xatırladaq ki, Rusiyanın Şimali Qafqaz məsələləri üzrə naziri Sergey Çerbotaryev İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin bu həftə Soçidə görüşəcəklərini ötən ay bildirmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 553