Efiopiyanın paytaxtında Puşkinə heykəl ucaldılacaq


20:12     12 Avqust 2019 19_08_12_1565625308.jpg

Efiopiyanın paytaxtı Əddis Əbəbədə məşhur rus şair Aleksandr Puşkin və onun ulu babası Abram Hannibala daha bir heykəl ucaldılacaq.

Femida.az “Vesti.ru”ya istinadən xəbər verir ki, bürünc heykəlin müəllifi Rusiya və UNESCO-nun Rəssamlar İttifaqının üzvü Aleksey Çebanenko olacaq.

Heykəlin ümumi hündürlüyü 5-5,5 metr təşkil edəcək. Hazırda heykəlin qoyulması üçün şəhərdə uyğun yer axtarılır.

Qeyd edək ki, Əddis Əbəbə şəhərində artıq Puşkinin bir heykəli və onun adına meydan var. Aleksandr Puşkinin ulu babası Abram Hannibalın 1688-ci ildə Efiopiyanın şimalında anadan olduğu ehtimal edilir.

Açar sözlər:

Oxunub: 486