Qaynadılmış su içməyin – Həkimdən xəbərdarlıq

Qaynadılmış su içməyin – Həkimdən xəbərdarlıq


20:33     12 Avqust 2019 19_08_12_1565625508.jpg

Su qaynayan zaman tərkibindəki kalsium, kalium, maqnezium, karbonatlar və başqa minerallar qabın iç divarlarına yapışaraq sudan ayrılır, belə deyək, su mineralsızlaşır.


Femida.az xəbər verir ki, bu sözləri həkim Füzuli Hüseynov deyib.

"Həmçinin, su qaynayan zaman əmələ gələn qabarcıqlar suda oksigenin səviyyəsini aşağı salır, su nə qədər çox qaynayarsa, bir o qədər ağırlaşır (xatırladım ki, atom sənayesində istifadə olunan ağır su sayılan deyterium da suyun dəfələrlə qaynadılması və hidroliz olması nəticəsində alınır). Ağır su hüceyrələrdən pis sorulur, hüceyrələri çiy su qədər qidalandıra bilmir”, - F.Hüseynov deyib.

Həkimin sözlərinə görə, daim qaynadılmış su içən insanların dəriləri sönük (əksinə çiy su içənlərin dəriləri parlaq olur), saçları cansız, fiziki aktivlikləri həmişə aşağı səviyyədə olur:

"Suyu təmizləmək üçün vurulan xlor su qaynadıldıqdan sonra artıq zərərli bir birləşmə əmələ gətirir. Hazırda sutəmizləyici qurğular satılır. Bu qurğular vasitəsilə adi suyu təmizləyib istifadə edə bilərsiniz və ya marketlərdə satılan içməli sulardan da istifadə edə bilərsiniz. Bəzi evlərdə suyu daşdan süzüb istifadə edirlər, daş suyu mexaniki təmizləmək üçün çox yaxşıdır, daşdan süzülmüş su şəffaf və xoşagəlim olur”.

Açar sözlər:

Oxunub: 307


Oxşar xəbərlər