13 avqust - Ümumdünya Solaxaylar Günüdür
09:10 13 Avqust 2019
Hər il avqustun 13-ü Ümumdünya Solaxaylar Günü kimi qeyd olunur.1992-ci ildə Britaniya Solaxaylar Klubu həmin günün qeyd olunması təşəbbüsü ilə çıxış edib.
Hazırda dünya əhalisinin 800-900 milyon nəfəri solaxaydır. Adətən gündəlik həyatda sol əldən istifadə edənləri solaxay adlandırırlar. Əslində isə solaxaylıq və soləllilik anlayışları eyni deyil. Solaxaylıq daha geniş şəkildə özünü bütün cüt orqanlarda göstərir. Solaxay həm də sol solayaqlı, solqulaqlı və solgözlü olur, lakin bunu 5 yaşdan sonra müəyyən etmək mümkündür.
Solaxaylıq qüsur yox, beyin quruluşundan asılı olaraq irsən keçən psixi hərəkətdir. Sağ əl beynin sol yarımkürəsi, sol əl isə sağ yarımkürəsi ilə idarə olunur. Alimlərin fikrincə, beynin sağ yarımkürəsi informasiyanı daha tez mənimsəyir və buna görə solaxaylar informasiyanı tez və düzgün qəbul edir, xüsusi istedada malik olurlar. Psixoloqların hesablamalarına görə, solaxaylar arasında istedadlılar 20 faiz, sağvərdişlilərdə 5 faizdr.
Valideynlər həmişə solaxay uşaqların sağ əldən istifadə etməsinə çalışırlar. Sağ əllə hərəkət etmək solaxaylar üçün əsl stress və əzablı işdir. Məktəbə gedən solaxay uşağın problemi əlindəki qələmi soldan sağa keçirmək istəyəndə başlayır. Əslində buna çalışmaq qətiyyən düzgün deyil. Əks halda uşaqda nevroz, diqqətsizlik, yaddaşın zəifləməsi və yazı yazarkən problemlər yarana bilər. Uşağın "hamı kimi" olmaması qorxulu deyil, sadəcə olaraq onun tərbiyəsində bəzi qaydalara əməl etmək lazımdır.
Alimlərin fikrincə, solaxayların say çoxluğu cəmiyyətin intellektual səviyyəsini yüksəldir. Son yüz ildə Böyük Britaniyada solaxayların sayının dörd dəfə artmasını qadınların daha gec yaşlarda ana olması ilə əlaqələndirirlər. Statistikaya görə, belə qadınların dünyaya gətirdikləri uşaqların solaxay olmaq ehtimalı daha çoxdur. London Universitetinin tibb fakültəsinin alimləri bildirirlər ki, solaxayların say çoxluğu riyaziyyat, incəsənət və idman sahəsində istedadların meydana çıxmasına səbəb ola bilər.
Oxunub: 574
Oxşar xəbərlər
- Nikol Paşinyan: "Ermənitanın 135 hərbçisi ölüb, ancaq bu yekun rəqəm deyil"
- Nepalda avtobus qəzaya uğrayıb, 13 nəfər ölüb, daha 19-u yaralanıb
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 130 hərbçisi zərərsizləşdirilib"
- Almaniyada meymunçiçəyinə 113 yoluxma qeydə alınıb
- Azərbaycanda son sutkada 13 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Prokuror Cəlilabadın sabiq icra başçısına 13 il həbs cəzası istəyib
- “Forbes”: “Rusiya Ukraynanın 20 %-ni işğal edib, 13 milyard dollarlıq hərbi texnikasını itirib”
- "MTN işi"ndə şahid: "Mövlam Şıxəliyev bizdən 135 min dollar aldı"
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (13.05.2022)
- Azərbaycanda son sutkada 13 nəfər koronavirusa yoluxub, ölən olmayıb