Hacıqabulda iki avtomobil toqquşub, xəsarət alanlar var


12:13     13 Avqust 2019 19_08_13_1565681504.jpg

Hacıqabulda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Pirsaat kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 357