Metro gücləndirilmiş rejimə keçir


15:44     13 Avqust 2019 19_08_13_1565691971.jpg


Bu gün UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) oyunu ilə əlaqədar olaraq metroda sərnişinlərin rahatlığı və təhlükəsizliyini təmin etmək məqsədilə bütün lazımi tədbirlər görülüb.


Xüsusən “Gənclik”və “Nəriman Nərimanov” stansiyaları üçün əlavə işçi qüvvəsi ayrılıb:

“Bütün təhlükəsizlik tədbirlər görülüb ki, sərnişinlər oyunu izləməyə gedəndə və gələndə tam rahat şəkildə metrodan istifadə etsinlər. Metro saat 00:00-a kimi açıq olacaq. Çünki oyun saat 22:00-da bitəcək”.

Qeyd edək ki, oyun bu gün Bakı vaxtı ilə 20:30-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 445