Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə qurban paylarının verilməsi başa çatıb
16:21 13 Avqust 2019
Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə qurban paylarının verilməsi başa çatıb.
Fondun Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban paylarının çatdırılması bu gün də davam edib.
Qeyd edək ki, avqustun 11-dən etibarən başlayan və Bakının rayonları, eləcə də respublikanın bütün regionlarını əhatə edən layihə zamanı 70 minə yaxın aztəminatlı ailənin bayramı təbrik edilib, onlara qurban payları verilib.
Heydər Əliyev Fondunun əməkdaşları və Fondun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri bu gün Bakı şəhərində, Füzuli, Beyləqan, Goranboy və digər rayonlarda ünvanlı sosial yardım alan növbəti ailələrə baş çəkib və Fondun adından qurban payları çatdırıb.
Qeyd edək ki, bayram ərəfəsində ətlik cins heyvanlar xüsusi ət kəsimi yerlərində kəsilərək aztəminatlı ailələrin hər biri üçün qablaşdırılıb və 3 gün ərzində paylanılıb.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə aztəminatlı ailələr üzrə dövlət siyasətinə töhfə vermək məqsədi daşıyır.
Femida.az
Oxunub: 466
Oxşar xəbərlər
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Heydər Əliyev adına Sarayın direktoru işdən çıxarılıb
- Kəmaləddin Heydərov: "İlkin ehtimala görə, "Azərsun Sənaye Parkı”nda yanğın karton tullantılardan başlayıb"
- Nazir Kəmaləddin Heydərov partlayış baş vermiş obyektə gəlib
- Prezident İlham Əliyev Gəncədə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
- Heydər Əliyev Mərkəzində zefer.az saytının təqdimatı keçirilir
- Sabah Bakının Heydər Əliyev prospektində təmizlik işləri görüləcək