Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə qurban paylarının verilməsi başa çatıb
16:21 13 Avqust 2019

Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə qurban paylarının verilməsi başa çatıb.
Fondun Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban paylarının çatdırılması bu gün də davam edib.
Qeyd edək ki, avqustun 11-dən etibarən başlayan və Bakının rayonları, eləcə də respublikanın bütün regionlarını əhatə edən layihə zamanı 70 minə yaxın aztəminatlı ailənin bayramı təbrik edilib, onlara qurban payları verilib.
Heydər Əliyev Fondunun əməkdaşları və Fondun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri bu gün Bakı şəhərində, Füzuli, Beyləqan, Goranboy və digər rayonlarda ünvanlı sosial yardım alan növbəti ailələrə baş çəkib və Fondun adından qurban payları çatdırıb.
Qeyd edək ki, bayram ərəfəsində ətlik cins heyvanlar xüsusi ət kəsimi yerlərində kəsilərək aztəminatlı ailələrin hər biri üçün qablaşdırılıb və 3 gün ərzində paylanılıb.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə aztəminatlı ailələr üzrə dövlət siyasətinə töhfə vermək məqsədi daşıyır.
Femida.az
Oxunub: 208
Oxşar xəbərlər
- Gömrükçülər Heydər Əliyevin xatirəsini yad ediblər
- İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
- Prezidentdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım
- Mehriban Əliyeva: “Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm”
- Ümummilli Lider Heydər Əliyevin anım günüdür
- Bakı şəhər prokurorluğunda öndər Heydər Əliyevin xatirəsi anıldı
- Hərbi Prokurorluqda Heydər Əliyevin anım mərasimi keçirilib - FOTOLAR
- Heydər Əliyev Fondundan Oqtay Gülalıyevlə bağlı açıqlama
- Polis Akademiyasında Heydər Əliyevin xatirəsi anıldı
- Baş Prokurorluqda Heydər Əliyevin xatirəsi anılıb