İmişlidə ev, Xaçmazda tövlə yanıb


19:08     13 Avqust 2019 yangin_38673636.jpg

İmişli və Xaçmaz rayonlarında yanğın hadisəsi qeydə alınıb.

Femida.az FHN-ə istinadən xəbər verir ki, İmişli rayonunda ümumi sahəsi 350 m² olan ikimərtəbəli 5 otaqlı evdə bir ədəd soyuducu yanıb.

Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xaçmaz rayonunun Əzizli kəndində ümumi sahəsi 65 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 15 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamlarının və tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 388