FHN Muğanlıdakı qəza ilə bağlı məlumat yaydı

FHN Muğanlıdakı qəza ilə bağlı məlumat yaydı


20:03     13 Avqust 2019 2019/08/68F9273D-81FD-45C4-A980-6D9F0F19CDA1_1565712682.jpeg


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Şamaxı rayonunun Muğanlı kəndində “КамАЗ” markalı yük avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.

Femida.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin 2002-ci il təvəllüdlü Hüseynov Süleyman Fazil oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 164