Vilayət Eyvazov Seyfulla Əzimova yeni vəzifə verdi


20:47     13 Avqust 2019 2019/08/6411D802-86E9-4564-B443-6E853C7070A9_1565714970.jpeg

İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin edilib.

Femida.az APA-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin edilib.

Qeyd edək ki, V.Eyvazov nazir vəzifəsinə təyin edilənədək həmin vəzifəni icra edib.

DİN-in mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Femida.az

Açar sözlər:

Oxunub: 905