Hovuza düşən 5 yaşlı uşaq xəstəxanada öldü
09:28 14 Avqust 2019
Samuxda azyaşlı uşaq ehtiyatsızlıq nəticəsində hovuza düşüb.
Femida.az xəbər verir ki, hadisə rayonun Sərkər kəndində qeydə alınıb.
Belə ki, 2014-cü il təvəllüdlü Həsənli Zeyid ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, 5 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 298