Məhərrəm ayının başlanacağı tarixi açıqlandı
09:41 14 Avqust 2019
Bu il üçün Məhərrəm ayının başlanacağı tarix açıqlanıb.
Femida.az xəbər verir ki, Hicri təqvimi üzrə 1441-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə təsadüf edəcək.
Məhərrəm ayının 10-cu günü, yəni Aşura sentyabrın 10-dur.
Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək.
Sentyabrın 29-da Məhrrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı oktyabrın 29-da başa çatır.
Qeyd edək ki, Məhərrəm tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilib, fəqət hicri 61-ci ildən etibarən bu ayın onuncu günü olan Aşura yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub. Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə), o cümlədən Rəsulullahın (s) səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bildirib ki, Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.
Femida.az
Oxunub: 675
Oxşar xəbərlər
- Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlaması ilə əlaqədar müraciət yayıb
- Müğənni Vasif Məhərrəmlinin mülki iddiası təmin edilib
- Məşhur restoran Vasif Məhərrəmlini məhkəməyə verdi
- BDU rektorunun müşavirinin ifadəsi: “O, Abel Məhərrəmovu borca görə məhkəməyə verəcəyini dedi”
- Abel Məhərrəmov haradadır?
- Məhərrəm Əliyev “Şöhrət” ordeni ilə təltif edilib
- Sabahdan Məhərrəm ayı başlayır
- Anar Məhərrəmov Azərbaycanın Estoniyada səfiri təyin edilib
- Məhərrəmlə Siracın xatirəsi əbədiləşdirildi - Foto
- Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən azad edildi