Rəsulzadənin adı verilən gəmi qəzaya düşdü


09:46     14 Avqust 2019 19_08_14_1565761614.jpg


“Palmali” şirkətlər qrupunun “Məmməd Əmin Rəsulzadə” adını verdiyi gəmi qəzaya düşüb.


Femida.az xəbər verir ki, göyərtəsində 14 heyət üzvü olan gəmi İstanbulun Dəmir bölgəsində Liberiya bayrağı altında üzən “Doric Warior” gəmisi ilə toqquşub. Hadisə yerinə 3 xilasedici gəmi cəlb olunub.

Toqquşma nəticəsində Rəsulzadənin adını daşıyan gəmiyə ciddi ziyan dəyib. Qəzanın səbəbləri araşdırılır.

Qeyd edək ki, bir neçə gün əvvəl istismara verilən “Məmməd Əmin Rəsulzadə" gəmisi yeni kimi təqdim edilsə də, onun köhnə olduğu üzə çıxıb. Məlum olub ki, gəmi 1998-ci ildə inşa olunub.

Femida.az

Açar sözlər: #gəmi  

Oxunub: 617