“Qırmızı körpü”dən Türkiyəyə yeni yol çəkilir - cəmi 4 saata çatacaqsız
10:13 14 Avqust 2019
Azərbaycanla sərhəddə yerləşən "Qırmızı körpü” məntəqəsindən başlayaraq Gürcüstandan keçməklə Türkiyə ilə sərhəddəki "Sarpi” sərhəd keçid məntəqəsinə qədər olan avtomobil magistralının 200 kilometri artıq inşa olunub. Qalan 230 kilometr hissədə tikinti işləri davam edir.
Femida.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin müavini, Avtomobil Yolları Departamentinin rəhbəri İrakli Karselidze departamentin bu gün keçirilən hesabat yığıncağında məlumat verib.
O deyib ki, hazırda Şərq-Qərb avtomobil yolunun əsas tərkib hissəsini təşkil edən bu magistralda tikinti işləri qrafik üzrə davam edir.
Onun sözlərinə görə, hazırkı 460 kilometrlik məsafə 30 kilometr qısalaraq 430 kilometr olacaq. Hazırda bu yolun qət olunmasına sərf olunan 8 saat, gələcəkdə iki dəfə azalaraq 4-4,5 saat təşkil edəcək. Yolda hərəkət tam təhlükəsiz olacaq.
Qeyd edək ki, Şərq-Qərb avtomagistralı layihəsinin 2021-2022-ci illərdə başa çatdırılması nəzərdə tutulub.
Oxunub: 597
Oxşar xəbərlər
- “Qırmızı Körpü”də gömrük əməkdaşı bıçaqlanıb
- “Qırmızı kitab”a düşən balıqları ovlamağın cəriməsi artırıldı
- “Qırmızı Xaç”la əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
- “Qırmızı Xaç” Dilqəm və Şahbaza baş çəkib
- “Qırmızı Xaç” Dilqəm və Şahbaza baş çəkib
- “Qırmızı Körpü” gömrük postunun rəisi işdən qovulub
- “Qırmızı Körpü”dəki problem həll edildi
- “Qırmızı kitab”a düşən ayını ovlayanların məhkəməsi başlayıb
- “Qırmızı Körpü”də səyyar hospital xidmətə başlayıb
- “Qırmızı kitab”a düşən maral ovlandı - İşə polis qarışdı