Ağır qəza: Ölən və yaralananlar var

Ağır qəza: Ölən və yaralananlar var


10:21     14 Avqust 2019 qeza_avto.jpg

Müşfiq qəsəbəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.



Femida.az -ın məlumatına görə, içərisində 5 nəfərin olduğu minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Xəsarət alanlar - 1948-ci il təvəllüdlü Abdullayeva Zenfira Tarix qızı və onun nəvəsi, 2005-ci il təvəllüdlü Həsənova Rəqsanə Fəzail qızı Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər.


Faktla bağlı araşdırmalar aparılır.

Açar sözlər:

Oxunub: 136