Beyləqan sakini həmyerlisini öldürüb


10:45     14 Avqust 2019 bicaq.jpg

Beyləqan rayonunda qətl hadisəsi baş verib.

Femida.az -ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə rayonun Kəbirli kəndində qeydə alınıb.

Hələlik şəxsiyyəti məlum olmayan Beyləqan sakini həmyerlisi Savalan Qasımova bir neçə bıçaq zərbəsi vurub. Yaralı S.Qasımov xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyiblər.

Rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 316