Azərbaycan ötən ay hər gün 778 min barrel neft hasil edib
11:53 14 Avqust 2019

Respublikada iyul ayı üzrə gündəlik neft hasilatı 778 min barrel olub.
Energetika Nazirliyindən Femida.az-a bildirlib ki, bunun 704 min barrelini xam neft, 74 min barrelini kondensat təşkil edib. Gündəlik 500 min barrel xam neft, 70 min barrel kondensat, 29 min barrel isə neft məhsulları ixrac edilib.
Qeyd edək ki, cari ilin yanvar - iyul aylarında orta gündəlik neft hasilatı 771,7 min barrel təşkil edib.
Energetika Nazirliyi iyul ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Xatırladaq ki, 2018-ci ilin dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb.
Femida.az
Oxunub: 266
Oxşar xəbərlər
- Analitiklər neftin 100 dollaradək bahalaşacağını proqnozlaşdırırlar
- Azərbaycan neftinin qiyməti 65 dolları keçib
- Yanvarda Azərbaycan hansı ölkələrə neft ixrac edib? – SİYAHI
- Azərbaycan nefti ucuzlaşıb
- Neft Daşlarında güclü külək müşahidə olunur
- Azərbaycan nefti bahalaşmaqda davam edir
- Qeyri-neft ixracının həcmi 2 dəfə artırılacaq
- Azərbaycan neftinin qiyməti 62 dolları ötüb
- Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşır
- Azərbaycan neftinin qiyməti 63 dolları ötdü