Qusarda avtomobil qaz xəttini zədələyib


12:15     14 Avqust 2019 19_08_14_1565770592.jpg

Qusar rayonunun Balaqusar, Həsənqala kəndləri istiqamətində istismarda olan qaz xəttini maşınla vurub zədələyiblər.


Bu barədə Femida.az-a “Azəriqaz” İB-dən bildirilib.

Verilən məlumata görə, dünən axşam saat 16:50-dən həmin ərazinin qaz təchizatı daxildən dayandırılıb. Təmir-bərpa işləri müddətində ümumilikdə 615 abonentin qaz təchizatında fasilə yaranıb.

Açar sözlər:

Oxunub: 465