Dəmiryolu işçisi faciəli şəkildə öldü

Dəmiryolu işçisi faciəli şəkildə öldü


12:27     14 Avqust 2019 19_08_14_1565770678.jpg

Biləcəri stansiyasında bədbəxt hadisə baş verib.


“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova Femida.az-a bildirib ki, bu gün səhər saatlarında “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasında post növbətçisi 27 yaşlı Əli Möhübbəli oğlu Məmmədzadə növbədə olarkən iş başında xəsarət alıb.

Hadisə yerinə Təcili Tibbi Yardım çağrılıb. Əli Məmmədzadə dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.


Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Açar sözlər:

Oxunub: 366