Mingəçevir SES-də təmir-bərpa işləri aparılır
12:48 14 Avqust 2019
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti “Reabilitasiya Proqramı” çərçivəsində Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyası ilə yanaşı “Mingəçevir” Su Elektrik Stansiyasında da təmir-bərpa işləri həyata keçirir.
Femida.az -ın məlumatına görə, 6 hidro aqreqatdan ibarət stansiyanın 4 hidro aqreqatında təmir və bərpa işləri aparılmağa ehtiyac var idi. Elə bu səbəbdən 2017-ci ildən fəaliyyəti dayanan 6 saylı hidro aqreqatda təmir-bərpa işlərinə start verilib və sifariş əsasında gətirilən ehtiyat hissələri quraşdırılır. Müasir tipli idarəetmə sisteminə qoşulacaq 6 saylı hidroaqreqatda işlər avqust ayının sonunda tamamlanacaq və ardınca digər 3 hidroaqreqatda da analoji işlər həyata keçiriləcək.
Bu günə qədər “Reabilitasiya Proqramı” çərçivəsində “Mingəçevir” SES-də gərginliyi 220/110 kilovolt, gücü 200 meqavolt amper olan əlavə avtotransormator qurlaşdırılıb, 320 metr məsafədə 220 kilovoltluq yeraltı kabel xətti, Kür çayının üstü ilə keçməklə 300 metr məsafədə 110 kilovoltluq yüksəkgərginlikli hava xətti çəkilib. Eyni zamanda avtotransormator yeni müasir tipli rele mühafizəsi və avtomatikası sistemi ilə təmin edilib.
Qeyd edək ki, 4 ildən artıq idi ki, 220/110 kV-luq hissəsinə əlavə avtotransformator qoşulmadığından birinci avtotransformator fasiləsiz işləyir, bununla qəza riski artır, eyni zamanda onun üzərində əsaslı təmir və bərpa işləri aparmaq mümkün olmurdu. İndi isə yükü digər avtotransformatorun üstünə keçirməklə istənilən təmir işini həyata keçirmək və fasiləsizliyi təmin etməklə, Mingəçevir və ətraf regionlarda elektrik enerjisinin keyfiyyətini artırmaq mümkün olub.
“Reabilitasiya Proqramı” çərçivəsində “Mingəçevir” SES-də aparılan təmir-bərpa işləri 2020-ci ildə tamamlanacaq və bununla stansiyanın dayanıqlığı və etibarlığı artırılmaqla “itirilmiş” güc bərpa olunacaq.
Oxunub: 377
Oxşar xəbərlər
- Mingəçevir evdə qadın meyiti tapılıb
- Mingəçevirdə qanunsuz qum-çınqıl hasilatı işləri aparan şəxsin cinayət işi məhkəməyə göndərilib
- Mingəçevirdə qayda pozuntuları törədən 35 sürücü cərimələnib
- Mingəçevirdə qadın vətəndaşlara qarşı 30 min manata yaxın dələduzluq edib
- Mingəçevirdə qanunsuz balıq ovu ilə bağlı 5 cinayət faktı qeydə alınıb
- Mingəçevir sakinləri narkotikin təsiri altında mağazalardan oğurluq edib
- Mingəçevirdə koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb
- Mingəçevirdə ana və azyaşlı övladları dəm qazından zəhərlənib, ölən var
- Mingəçevir sakini dəm qazından zəhərlənib
- Mingəçevirdə saxta pul çap edən qadın və kişi saxlanılıb