Polisə qəribə zəng: "100 manat borcum var, marketi partladacam"


13:10     14 Avqust 2019 19_08_14_1565773844.jpg


Avqustun 12-də özünü Q.Qəribov kimi təqdim etmiş şəxs mobil telefondan polisə zəng edib Xətai rayonu Dostluq küçəsində yerləşən marketə 100 manat pul borcunun olması səbəbindən həmin marketi partladacağı barədə məlumat verib.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən xəbərə görə, araşdırmalarla məlumat təsdiqini tapmayıb, zəng edənin həmin küçədə yaşayan, ruhi xəstə Q.Qəribov olması müəyyən edilib. O, saxlanılaraq Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Femida.az

Açar sözlər: #polis  

Oxunub: 744