Mağazadan 340 min manat oğurlayan kassir tutuldu


13:43     14 Avqust 2019 manat_1802158.jpg


Bərdə Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 10-da rayon ərazisindəki inşaat materialları mağazalarının birindən 340 000 manat pulu götürərək itkin düşmüş, orada xəzinədar işləyən X.Əliyev saxlanılıb.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, o, izahatında işlədiyi mağazadan qeyd edilən məbləği mənimsəməsini etiraf edib.

Femida.az

Açar sözlər: #oğru  

Oxunub: 622