Sumqayıtda sahibsiz it uşağı dişləyib


14:25     14 Avqust 2019 19_08_14_1565778387.jpg

Sumqayıtda azyaşlı qızı sahibsiz it dişləyib.

Femida.az -ın məlumatına görə, Sumqayıt şəhər sakini, 2012-ci il təvəllüdlü Əhmədova Aydan Fuad qızı it dişləməsi xəsarəti ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Bildirilib ki, A. Əhmədova yaşadığı evin yaxınlığında oynayarkən sahibsiz it ona hücum edib. Azyaşlıya tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə üçün buraxılıb.

Açar sözlər:

Oxunub: 496