Qurban kəsilən yerlər dezinfeksiya olunur
14:42 14 Avqust 2019
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən bu gün səhər saatlarından etibarən Qurban bayramı ilə əlaqədar paytaxt və bölgələrdə qurbanlıq heyvanların satışına icazə verilmiş yerlərdə dezinfeksiya tədbirinə başlanılıb.
Femida.az xəbər verir ki, profilaktik dezinfeksiya tədbiri müvafiq qurumlar tərəfindən müəyyən edilmiş diri heyvanların satışının aparılması nəzərdə tutulan yerlərdə ödənişsiz əsaslarla icra olunur. Tədbirlər obyekt sahibləri tərəfindən ərazidə mexaniki təmizlik aparıldıqdan sonra həyata keçirilir.
Profilaktik məqsədlə aparılan dezinfeksiya işində kimyəvi məhlullar əraziyə xüsusi maşınlarla güclü axın şəklində səpilir, eləcə də mexaniki dezinfeksiyaedici qurğulardan istifadə edilməklə aparılır.
Obyektlər dezinfeksiya tədbirlərindən sonra təsərrüfat sahiblərinin istifadəsinə verilir, bununla da heyvan satışı üçün ərazilərin baytarlıq-sanitariya cəhətdən yararlığı təmin olunur.
Qeyd edək ki, heyvan satışı və kəsim yerlərində dezinfeksiya işlərinin avqustun 16-da yekunlaşması nəzərdə tutulur.
Oxunub: 368
Oxşar xəbərlər
- “Feniks”dən sosial çarx: Qurban
- Səhiyyə Nazirliyi Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib
- Azərbaycanda qurbanlıq qoyunlar bahalaşıb
- Hindistanda daşqın qurbanlarının sayı 151 nəfərə çatıb
- Dünyada koronavirus qurbanlarının sayı 6 milyon nəfəri ötüb
- Bakıda və Abşeronda Qurban bayramı yarmarkası keçiriləcək
- Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsindən azad edilib
- XİN: "Üçtərəfli bəyanatdan sonra 219 nəfər mina qurbanı olub"
- Azərbaycanda insan alveri qurbanlarının statistikası açıqlanıb
- İnsan alveri qurbanları ilə bağlı idarələrarası komissiyanın tərkibi genişləndirilib