Vəkil olmaq istəyənlər - DİQQƏT!


15:45     14 Avqust 2019 19_08_14_1565783224.jpg


Vəkilliyə qəbul imtahanı keçiriləcək.

Bu barədə Femida.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsinin 8 sentyabrda keçirilməsi nəzərdə tutulubr.

Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan kompüter vasitəsilə- elektronlaşdırılmış qaydada həyata keçiriləcək imtahanda 245 namizəd iştirak edəcək.

Regionlarda vəkillərin sayının azlığını nəzərə alaraq, vəkilliyə qəbulla bağlı imtahanda sənədlərin təqdim olunma ardıcıllığı ilə deyil, qeydiyyat ünvanı Bakı şəhəri olmayan namizədlərin yazılı test imtahanında iştirakına üstünlük veriləcək. İmtahanda iştirak edəcək namizədlərə telefon vasitəsilə məlumat veriləcək.

Əlavə məlumar üçün +994 12 594 14 95 telefon nömrəsilə əlaqə saxlaya bilərsiniz.

Femida.az

Açar sözlər: #vəkil#   #qanun   #imtahan  

Oxunub: 2580