Ötən gün yol qəzalarında 4 nəfər ölüb
15:50 14 Avqust 2019

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 20 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.
Femida.az
Oxunub: 241
Oxşar xəbərlər
- Braziliyada futbolçular təyyarə qəzasında həlak olublar
- Kiçik qəza zamanı sürücü hadisə yerini tərk edə bilər - YENİLİK
- Bakıda ən çox qəzalar bu küçə və prospektlərdə olur
- Bakı və Ağcabədidə ölümlə nəticələnən qəzalar olub
- Filippində hərbi helikopter qəzaya uğradı, ölənlər var
- Şuşa istiqamətində hərbçilərin düşdüyü qəza ilə bağlı - Hərbi Prokurorluqdan açıqlama
- Şuşa istiqamətində hərbçilər qəzaya düşüb, 1-i ölüb, 2-si yaralanıb
- Neftçalada motosiklet qəzaya uğradı, ölən var
- Kürdəmir yolunda qəza: Polis maşını yararsız hala düşdü
- Bakı - Qazax yolu buz bağladı, zəncirvari qəza oldu (FOTO)