Ali təhsil müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi başlayır
16:44 14 Avqust 2019
Sabahdan etibarən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq.
Dövlət İmtahan Mərkəzi Femida.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent” jurnalının 8-ci nömrəsində dərc olunacaq. Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.
Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları "Abituriyent” jurnalının 5-ci nömrəsində dərc olunub.
Femida.az
Oxunub: 373
Oxşar xəbərlər
- Tələbəni vurub öldürən avtobus “BakuBus”a məxsus imiş
- Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlanıb
- BDU kollecinin tələbəsi dənizdə boğulub
- BSU-nun tələbəsi vəfat edib
- Qəbələdə tələbə tüfənglə özünü öldürüb
- Rusiya hərbçilərinin girov götürdüyü azərbaycanlı tələbə azad olunur
- Azərbaycanda 22 yaşlı əlaçı tələbə qəflətən vəfat edib
- Azərbaycanlı tələbə Ukraynada necə əsir düşüb? – ÖZÜ DANIŞIR
- Ukraynada rusların girovluğunda olan azərbaycanlı tələbə atasına zəng edib
- Neftçalalı tələbənin Ukraynada rus əsgərlərinin girovluğunda olduğu iddia edilir