Azərbaycana mobil telefon idxalı 60% artıb


18:09     14 Avqust 2019 19_08_14_1565788269.jpg


Bu ilin yanvar-iyun ayında Azərbaycana 581 046 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub.


Bu barədə Femida.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Komitənin məlumatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə bu məhsulların idxalı 60% artıb.

Cari ilin ilk 6 ayı ərzində idxal olunan məhsulların dəyəri 68 792,6 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Femida.az

Açar sözlər: #telefon  

Oxunub: 335