Ölkəyə 23 min avtomobil gətirilib


17:13     14 Avqust 2019 19_08_14_1565788462.jpg


2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı 22 min 974 olub.


Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 139-u sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 20 min 800-ü əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1943-ü yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 92-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Femida.az

Açar sözlər: #avtomobil  

Oxunub: 435