Bu qurum dövlət büdcəsinə 2,4 milyard manat köçürüb

Bu qurum dövlət büdcəsinə 2,4 milyard manat köçürüb


16:55     14 Avqust 2019 19_08_14_1565788523.jpg


2019-cu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 2 milyard 478 milyon 555 min manat olub.


Komitədən Femida.az-a bildirilib ki, yeddi ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 596 milyon 928 min manat, əlavə dəyər vergisi üzrə 1 milyard 693 milyon 276 min manat, aksizlər üzrə 162 milyon 447 min manat, yol vergisi üzrə isə 25 milyon 903 min manat təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 88