Taxıl sahəsini yandıran şəxs cərimələndi


18:47     14 Avqust 2019 2018/06/taxil-ot_1529564250.jpg


Avqustun 12-də saat 21.00 radələrində Şəki rayonunun Sarıca kəndinin ərazisində 3 hektar biçilmiş taxıl sahəsində küləş yanıb, xəsarət alan olmayıb.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, dərhal hadisə yerinə gəlmiş FHN-in Dövlət Yanğından Mühafizə Hissəsinin və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülmüş, yanğın söndürülərək daha geniş əraziləri əhatə etməsinin qarşısı alınıb.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən Bolludərə kənd sakini Əvəz Mustafayev qısa müddətdə müəyyən edilərək saxlanılıb.

O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyətə cəlb olunub.

Femida.az

Açar sözlər: #taxıl  

Oxunub: 448