“Moyka”dan maşın qaçırdı - Qaradağ postunda tutuldu

“Moyka”dan maşın qaçırdı - Qaradağ postunda tutuldu


17:22     14 Avqust 2019 19_08_14_1565788984.jpg


Nizami rayonunun C.Naxçıvanski küçəsində yerləşən avtoyuma məntəqəsindən Bakı şəhər sakini M.Menzeleyevə məxsus “Hyundai” markalı avtomobil qaçırılıb.


Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə avqustun 13-də saat 11 radələrində qeydə alınıb.

Həmin gün saat 12 radələrində DİN BDYPİ-nin Qaradağ rayonu ərazisində yerləşən daimi postunda qeyd edilən nəqliyyat vasitəsi saxlanılıb, onu idarə edən Ucar rayon sakini V.Bağılı avtomobillə birgə aidiyyəti üzrə təhvil verilib.

Femida.az

Açar sözlər: #moyka  

Oxunub: 1223