Dəmir yollarında yeni yoldəyişənlər quraşdırılır

Dəmir yollarında yeni yoldəyişənlər quraşdırılır


20:02     14 Avqust 2019 19_08_14_1565796103.jpg

Dəmir yolunun Gəncə-Böyük Kəsik istiqamətində yeni yoldəyişənlərin quraşdırılmasına başlanılıb
“Azərbaycan Dəmir Yolları” QSC-dən Femida.az -a verilən məlumata görə, dəmir yolunun Gəncə-Böyük Kəsik istiqamətində 156 ədəd yoldəyişən qurğunun təzələnməsinə start verilib.

Məlumatda bildirilib ki, əvvəlkilərdən fərqli olaraq dəmir-beton tir və şpallar üzərində qurulan bu yoldəyişənlər hərəkətin təhlükəsizliyinə təminat verilməsi və yollarda etibarlılığın baxımından çox əlverişlidir.

"Eyni zamanda quraşdırılmış yoldəyişənlər üzərindən müxtəlif istiqamətlərdən hərəkət edən qatarlar bir yoldan digərinə təhlükəsiz şəraitdə keçid edəcək. Prosesə avqust ayının əvvəlində başlanılıb və bu günə qədər 5 ədəd yoldəyişən təzələnib. Hazırda Salahlı stansiyasında yeni qurğuların qoyuluşu həyata keçirilir".

Yoldəyişən qurğuların yenilənməsi işlərini “Azərbaycan Dəmir Yolları” QSC-nin 5 və 11 saylı İxtisaslaşmış Dəmir Yolu Müəssisələri icra edirlər.

Açar sözlər:

Oxunub: 165