Azərbaycanda bir orta məktəbin məzunlarının hamısı ali məktəbə qəbul olub
20:55 14 Avqust 2019

Azərbaycanda bir orta məktəbin məzunlarının hamısı ali məktəbə qəbul olub.
Sumqayıtda yerləşən Qubadlı rayon Hafiz Quliyev adına Çaytumas məktəb-liseyini bu il bitirən 34 məzunun hamısı ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək tələbə adını qazanıb.
APA-nın yerli bürosunun məlumatına görə, rayon üzrə ən yüksək balı da bu məktəbin məzunu toplayıb. Belə ki, İldırımova Aydan Vüqar qızı 671 bal toplayaraq Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsinə qəbul olub.
Ali məktəbə qəbul olan məzunlardan 2 nəfəri 600 baldan yuxarı, 6 nəfəri 500 baldan yuxarı və 26 nəfəri isə 300-500 bal arası nəticə göstərib.
Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin 2018-ci il tədris ili üçün açıqladığı hesabata əsasən, rayonun 11-ci sinif şagirdləri buraxılış imtahanlarında göstərdikləri yüksək nəticələrə görə ölkə üzrə I yeri tutublar. 9-cu siniflərin buraxılış imtahanlarında isə rayonun şagirdləri 3-cü yeri qazanıblar.
Oxunub: 371
Oxşar xəbərlər
- Azərbaycanda bütün mağazalar açıldı
- Azərbaycanda insan alveri ilə bağlı cinayətlərin sayı açıqlanıb
- Azərbaycanda karantin rejimi yenə yumşaldıldı
- Azərbaycanda daha 8 nəfər koronavirusdan öldü
- Azərbaycanda daha 11 nəfər COVID-19-dan vəfat edib
- Azərbaycanda 51 ali təhsil müəssisəsi var
- Azərbaycanda avtobus və taksidən istifadə edənlərin sayı kəskin azalıb
- Azərbaycanda koronavirusa yoluxmuş şagird və təhsil işçilərinin sayı açıqlanıb
- Azərbaycanda jurnalist qətlə yetirilib - FOTO
- Azərbaycanda sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin siyahısı genişləndirilir