Bulvarda ərəb turist öldü


09:13     15 Avqust 2019 19_08_15_1565843030.jpg


Bakı Dənizkənarı Milli Parkında Səudiyyə Ərəbistanından olan turist keçinib.


Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirovun Femida.az-a verdiyi məlumata görə, ərəb turist "Kukla" teatrının yaxınlığında ürək tutmasından ölüb.

"Hadisə barədə çağırış 21.54-də daxil olub. Ölən şəxs 50-55 yaş aralığındadır", - deyə o bildirib.

P.Əbubəkirovun sözlərinə görə, turist həkimlər hadisə yerinə gəlməmişdən dünyasını dəyişib.

Femida.az

Açar sözlər: #turist   #bulvar  

Oxunub: 630