UEFA yenidən "Qarabağ"a intizam işi açdı
10:09 15 Avqust 2019
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi növbəti dəfə "Qarabağ"a qarşı intizam işi açıb.
Araşdırma avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda Kipr APOEL-i ilə keçirilən Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin cavab oyunu ilə əlaqədardır.
Məhkəmə işinə səbəb Ağdam təmsilçisinin azarkeşlərinin həmin qarşılaşmada meydana kənar əşyalar atmasıdır. Bildirilib ki, bu məsələyə sentyabrın 19-da baxılacaq.
Qeyd edək ki, "Qarabağ" Kiprdə rəqibini məğlub etsə də (2:1), cavab oyununda 0:2 hesabı ilə uduzaraq Çempionlar Liqası ilə vidalaşıb. UEFA daha öncə ÇL-in II təsnifat mərhələsində İrlandiya "Dandolk"u ilə (3:0) cavab matçı üçün də ölkə çempionuna qarşı intizam işi açmışdı. Həmin iş isə avqustun 22-də nəzərdən keçiriləcək. “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın "Linfild" kollektivi ilə üz-üzə gələcək. İlk oyun aqustun 22-də səfərdə, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.
Femida.az
Oxunub: 467
Oxşar xəbərlər
- "Qarabağ"ın oyununa 300 bileti baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb
- Ərdoğan Qarabağdakı son vəziyyətdən danışıb
- Ermənilər dünən Qarabağda nə qədər itki verib? - Yeni rəqəmlər
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirəcək
- Qarabağda iki su anbarı tikiləcək
- Rusiya vətəndaşı olan qadın Qarabağda itkin düşüb
- "Qarabağ" 9-cu dəfə Azərbaycan çempionu olub
- Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
- Latviya Qarabağdakı minatəmizləmə işlərinə dəstək verəcək