Gürcüstanda belaruslu turistlər itkin düşüb


10:37     15 Avqust 2019 19_08_15_1565851063.jpg

Gürcüstanın Svaneti rayonunda üç Belarus vətəndaşı itkin düşüb.


Femida.az xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Hallar İdarəsindən məlumat verilib. Bildirilib ki, ötən gecə qurumun “112” qaynar xəttinə turistlərin itkin düşməsi ilə bağlı məlumat daxil olub. Bundan sonra onların axtarışına başlanılıb. Bu gün səhər isə axtarış işlərinə qurumun helikopteri cəlb edilib. İtkin düşən turistlərin hər üçünün qadın olduğu bildirilib.

Məlumata görə turistlərdən ibarət qrup düşərgə yerinə qayıdarkən, belaruslu turistlər qrupdan ayrılıblar və daha sonra onları görən olmayıb.

Açar sözlər:

Oxunub: 313