Bu rayonlarda qaz təchizatı dayandırılacaq


11:25     15 Avqust 2019 19_08_15_1565853944.jpg


Bu gün Bakının bəzi rayonlarında və Beyləqan rayonunda təbii qazın verilişində məhdudiyyətlər yaranacaq.


Bu barədə Femida.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, orta təzyiqli qaz xətlərində sazlama işlərinin aparılması məqsədilə bu gün saat 10:00-dan etibarən Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində, saat 12:00-dan etibarən Binəqədi rayonunun bir hissəsi və bir neçə sənaye müəssisəsində, həmçinin saat 14:00-dan etibarən Beyləqan rayonunun mərkəzində təbii qazın təchizatı dayandırılacaq.

Femida.az

Açar sözlər: #qaz  

Oxunub: 369