Türkiyənin lazer silahı Çinin döyüş təyyarəsini məhv etdi


12:38     15 Avqust 2019 19_08_15_1565857734.jpg

Bu il avqustun 4-də ilk dəfə olaraq lazer silahı başqa bir hərbi texnikanı real döyüş şəraitində məhv edib.


Beynəlxalq hərbi sahə üzrə ixtisaslaşan “Armyrecognition” xəbər verir ki, bu, Türkiyəyə məxsus lazer silahıdır.

Sayt hadisə barədə geniş məlumata keçməmişdən öncə qeyd edir ki, Türkiyə hərbi göstəricilərinə görə yenilikçi ölkələr arasında kiyafət qədər tanınır. Lakin görünür ki, bu əsrdə dünya əhalisi daha çox sürprizlərlə üzləşəcək və təəccüblənəcəklər.


Türkiyə sənaye qüvvəsi olaraq və hərbi iştirakı ilə İslam dünyasında böyük bir güc qazanıb.

Türkiyənin lazer silahları isə özünün fərqliliyi ilə səciyyələnir. Türkiyə regionda Rusiyanın, Yunanıstanın, həmçinin İsrailin hərbi üstünlüyü ələ alacağından ehtiyatlanaraq, yeni texniki prinsiplərə uyğun silahlara ciddi şəkildə sərmayə qoyub.

Bu yeniliklər sayəsində Türkiyə Liviyada feldmarşal Xəlifə Haftara dəstək üçün Birləşmiş Ərəb Əmirlikləri tərəfindən göndərilən, Çin istehsalı olan “Wing Loong II” pilotsuz döyüş təyyarəsini lazer silahı ilə vurub. Hadisə avqustun 4-də Misurata şəhəri yaxınlığında olub.

Pilotsuz təyyarə lazer hava müdafiə sistemi tərəfindən məhv edilib.

Həmin lazer silah ASELSAN şirkəti tərəfindən işlənib hazırlanıb və 50 kW güc hasil edir.

Açar sözlər:

Oxunub: 410