İranda təyyarə qəzası - 2 ölü


12:48     15 Avqust 2019 19_08_15_1565858970.jpg

İranın şimalındakı Səmnan əyalətinin Germsar şəhərində səhər saatlarında təlim təyyarəsi qəzaya uğrayıb.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb. Yerli vaxtla 09:00-da baş vermiş qəzanın Eflak Asyayi Eyvaneki hava limanının yaxınlığında baş verdiyi bildirilib.


Qəzanın səbəbləri ilə bağlı məlumat verilməyib.

Açar sözlər:

Oxunub: 351