Müəllimlərin vakansiya seçimi mərhələsinin nəticələri açıqlandı


13:31     15 Avqust 2019 2019/08/9932a390-f021-434a-9044-1b84bb813217_1565861455.jpg


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.


Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Nəticələrə əsasən, 3 728 namizəd vakant yer tutub. Müsabiqənin yekun – müsahibə mərhələsinə avqustun 19-da start veriləcək.

Müsahibənin keçiriləcəyi yer və tarix barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Femida.az

Açar sözlər: #müəllim  

Oxunub: 390