Zaqatala sakini həmyerlisini döyərək öldürüb


13:46     15 Avqust 2019 19_08_15_1565862424.jpg


Avqustun 15-də Zaqatala rayonunun Kəpənəkçi kəndi ərazisində kənd sakini Telman Hacıyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində T.Hacıyevi aralarında baş vermiş münaqişə zəminində döyərək qətlə yetirən şəxsin Qandax kənd sakini, əvvəllər məhkum olunan K.Kərimov olması müəyyən edilib.

Qəsdən adam öldürməkdə şübhəli bilinən K.Kərimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Femida.az

Açar sözlər: #Zaqatala  

Oxunub: 644